Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Beynəlxalq Cinayət Məhkəməsinin Ukraynadakı hərbi cinayətləri nəzərdən keçirməsinə reaksiya verərək, Qərbi nüvə müharibəsi ilə təhdid edib.
Medvedev Rusiyanın imkanlarını xatırladıb və bildirib ki, ən böyük nüvə arsenalına malik ölkə cəzalandırılarsa, bütün bəşəriyyət təhlükə altında olacaq.
Sosial media hesabından açıqlama verən keçmiş baş nazir və prezident Medvedev Beynəlxalq Cinayət Məhkəməsi hədəf alıb. Ukraynadakı hərbi cinayətlərlə bağlı məhkəmənin diqqətli olması gərəkdiyini vurğulayan Medvedev ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) təzyiq etdiyini iddia edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov daha əvvəl bəyan etmişdi ki, Qərblə nüvə müharibəsini gözardı etmirik.
ABŞ və Aİ Rusiyanı Ukraynada dinc əhalinin qətliamında ittiham edir. İttihamları rədd edən Kreml isə beynəlxalq məhkəmələrin Rusiyaya qarşı heç bir qərarını tanımayacağını bəyan edib.
Tahir TAĞIYEV