Britaniya nazirlərin kütləvi istefası ilə çalxalanır, Conson da istefa verəcəkmi...

img

Böyük Britaniya hökumətində iki gündə altı nazir və bir nazir müavini istefa verib. “Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Məlumata görə, iyulun 5-də maliyyə naziri Rişi Sunak və səhiyyə naziri Sacid Cavid istefa verib.

İyulun 6-da isə xəzinə naziri Con Glen, həbsxanalar və probasiya üzrə dövlət naziri Viktoriya Atkins, orta məktəblər üzrə məsul nazir Robin Volker, uşaq və ailə məsələləri üzrə nazir Vill Kuinse, nəqliyyat nazirinin müavini Laura Trott da vəzifədən istefa verdiklərini bildiriblər.

Məlumata görə, xarici işlər nazirinin müşaviri Co Çörçill və təhsil naziri Nadhim Zahauvi də istefa verib.

Britaniyanın Baş naziri Boris Conson isə vəzifəsindən istefa verməyəcəyini açıqlayıb: “Mənim işim yola davam etməkdir”. Boris Conson bildirib ki, hökumət fəaliyyətini davam etdirə bilməyəcəyi halda istefa verəcək.

Peşə etikası

Son xəbərlər