Ağ Ev: "Bayden Türkiyənin F-16 qırıcıları ilə bağlı tələblərini dəstəkləyir"

img

ABŞ prezidenti Co Bayden Türkiyəyə təkmilləşdirilmiş F-16 qırıcılarının satışına razılıq verir.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinq zamanı deyib.

"F-16 məsələsi ilə bağlı mövqeyimiz çox aydındır. Biz bu məsələni bir neçə aydır müzakirə edirik. Bayden həqiqətən bu tələbi dəstəkləyir", deyə Karin Jan-Pyer bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden NATO-nun Madriddə keçirilən sammitindən sonra keçirilən mətbuat konfransında ABŞ-ın Ankaraya F-16 qırıcılarını göndərməli olduğunu deyib.

Peşə etikası

Son xəbərlər