Özbəkistandakı aksiyalarda 18 nəfər ölüb, 243 nəfər yaralanıb

img

Özbəkistanın Qaraqalpaqıstan ərazisində kütləvi iğtişaşlar zamanı 18 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş prokurorluğu məlumat yayıb.

Bildirilib ki, aksiyalar nəticəsində, həmçinin 243 nəfər yaralanıb.

Bildirilir ki, yaralananlardan 38 nəfəri hüquq-mühafizə orqanlarının əməkdaşıdır.

Qeyd edək ki, iyulun 1-dən etibarən Qaraqalpaqda kütləvi etirazlar keçirilir. Buna səbəb kimi Konstitusiyaya əlavə və dəyişikliklərin yanlış şərh edilməsi göstərilir.

Peşə etikası

Son xəbərlər