Çavuşoğlu: "Türkiyə və İsrail səfirlərin təyin olunması məsələsi üzərində işləyir"

img

Türkiyə və İsrail qarşılıqlı səfirlərin təyin olunması prosedurlarının hazırlıqlarına başlayıb.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində deyib.

"İsraildə hökumət dəyişiklikləri bizim münasibətlərimizə mənfi təsir göstərməyəcək. Biz artıq səfirlərin təyin olunması məsələsinin hazırlıqlarına başlamışıq. Oktyabrda İsraildə seçkilər keçirildikdən sonra biz səfirlərin təyinatına başlayacağıq", - deyə nazir bildirib.

Qeyd edək ki, Türkiyə və İsrail 2010-cu ildə Aralıq dənizində baş vermiş insidentdən sonra səfirləri geri çağırmışdı.

Peşə etikası

Son xəbərlər