İsrail kəşfiyyatı İranın təhlükəsizlik qurumlarına qədər sızdı, ölkədə həbslər başladı

img

ABŞ mətbuatı İsrail kəşfiyyatı Mossadın İranın yüksək təhlükəsizlik qurumlarına qədər sızdığını iddia edib.

“New York Times” qəzeti İsrailin İrandakı casusluq fəaliyyətinin İranın yüksək səviyyəli şəxslərinə baha başa gəldiyini yazıb. Məlumata görə, İran kəşfiyyatının rəhbəri, 59 yaşlı Hüseyn Taeb keçən həftə qəfil işdən çıxarılıb. Qəzet İsrail və İran rəsmilərinə, eləcə də ekspertlərə istinadən İsrailin casusluq şəbəkəsinin İranın təhlükəsizlik dairələrinə qədər sızdığını yazıb.

Xəbərdə Taebin işdən çıxarılması İsrailin İranda casusluq fəaliyyətini artırması ilə əlaqələndirilib. Qəzet İran İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli komandiri Əli Nasirinin İsrailin xeyrinə casusluq etdiyi üçün gizli şəkildə həbs edildiyini iddia edib.

Həmçinin bildirilib ki, İran Müdafiə Nazirliyinin raketlərin hazırlanması idarəsinin çoxlu sayda əməkdaşı məxfi hərbi məlumatları İsrailə sızdırdıqları üçün həbs edilib.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər