Özbəkistanda etiraz aksiyalarının keçirildiyi Qaraqalpaqstanda fövqəladə vəziyyət elan edildi

img

Özbəkistanda Qaraqalpaqıstan Muxtar Respublikasının statusunun dəyişdirilməsi ilə bağlı təkliflər bölgədə gərginliyə səbəb olub. Dəyişikliyə qarşı çıxan qruplar etiraz aksiyalarına başlayıblar.

Rəsmilərin yanlış anlaşma olması ilə bağlı açıqlamaları da gərginliyi azaltmaq üçün kifayət etmədiyi üçün hakimiyyət Qaraqalpaqstan bölgəsində fövqəladə vəziyyət elan edib.

Qərara əsasən, bütün Qaraqalpaqıstanda saat 21:00-dan 07:00-a kimi komendant saatı tətbiq olunacaq.

Bölgəyə giriş-çıxı, eləcə də bölgə əhalisinin hərəkəti məhdudlaşdırılacaq. İdman və əyləncə də daxil olmaqla, kütləvi tədbirlər keçirilməyəcək. Fövqəladə vəziyyət avqustun 2-dək davam edəcək.

Özbəkistan prezidenti Şövkət Mirziyoyev Qaraqalpaqıstanın mərkəzi Nukus şəhərinə gedərək bölgə liderləri ilə görüşüb.

Mirziyoyev xalqın fikrinə uyğun olaraq Qaraqalpaqstanın statusu ilə bağlı konstitusiya maddələrinin dəyişdirilməyəcəyini bəyan edib.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər