Ukraynanın paytaxt Kiyev ətrafında bütün gücünü Donbasa çevirən Rusiya ordusunun irəliləməsi davam edir. Donbasın böyük hissəsini nəzarətə götürən rus qoşunları hücumlarını gücləndirir. İddialara görə, Ukrayna ABŞ-ın göndərdiyi HIMARS raketlərindən istifadə edərək Rusiya bazasını vurub.
İngiltərənin “Daily Mail” qəzeti yazır ki, sözügedən silah müharibədə ilk dəfə belə böyük əməliyyatda istifadə edilib. Donbasın İzyum şəhəri yaxınlığındakı bazanı vurduğunu açıqlayan Ukrayna, 40 rus əsgərinin həlak olduğunu açıqlayıb.
Mövzu ilə bağlı Rusiyadan da açıqlama verilib. Moskva raket hücumunu təsdiqləsə də, onun mülki xəstəxananı hədəf aldığını bildirib. Açıqlamada həyatını itirən rus əsgərləri ilə bağlı heç bir məlumat verilməyib. Hücumun görüntüləri də sosial şəbəkələrdə yayılıb. Görüntülərdə üzərində “Z'” işarəsi olan sıradan çıxmış avtomobillərin olduğu görülür. Görüntülərdə partlayışın təsirindən ətrafdakı binaların da zərər gördüyü anlar yer alıb.
Ukraynanın raket hücumu Rusiyanın Ukraynanın paytaxtı Kiyevə raket hücumundan bir gün sonra baş verib.
Tahir TAĞIYEV