
Çin prezidenti Si Tsinpin keçirdiyi mətbuat konfrasında Rusiya-Ukrayna müharibəsini bəşəriyyət üçün həyəcan təbili adlandırıb. “Al-Jazeera”yə istinadən verilən məlumata görə, Çin dövlət başçısı deyib: “Ukrayna böhranı insanlıq üçün yenidən həyəcan təbili çalır. Əgər dövlətlər güclü mövqelərinə kor-koranə inansalar, özlərinin hərbi qüvvələrini genişləndirsələr, başqalarının hesabına öz təhlükəsizlik maraqlarını güdsələr, şübhəsiz ki, çətinliklərlə qarşılaşacaqlar”. Çin lideri dövlət mediasına müsahibəsində belə deyib. Bununla yanaşı, Si Tsinpin böhranın həlli üçün heç bir təklif verməyib.
Ceyhun.M