Putindən Qərbə gözdağı - “Sarmat” raketləri ilə dünyada rəqibsiz güc olacağıq

img

Rusiya lideri Putin Moskvada keçirilən hərbi mərasimdə növbəti dəfə Qərbə gözdağı verib. Moskvada hərbi məktəbin buraxılış mərasimində iştirak edən Putin Rusiya ordusunu modernləşdirərək onu gücləndirəcəklərini bildirib.

S-500 hava hücumundan müdafiə sistemlərinin ordu hissələrinin istismarına verilməsinə başlanıldığını bildirən Putin deyib ki, “Sarmat” nüvə raketləri ilə dünyada rəqibsiz bir gücə sahib olacağıq.

Qeyd edək ki, ruslar iddia edirlər ki, 24 nüvə başlığı daşıyan bir “Sarmat” raketini dayandırmaq üçün 500 zenit raketi lazımdır. “Sarmat” raketi aprel ayında uğurla sınaqdan keçirilib. Putin bir çox yeni silahları, o cümlədən “Sarmat” raket sistemlərini “məğlubedilməz” kimi təsvir edir.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər