Britaniyanın yeni Baş Qərargah rəisindən Rusiya xəbərdarlığı - “Müharibəyə hazırlaşmalıyıq”

img

Britaniya ordusunun yeni Baş Qərargah rəisi Patrik Sanders “Avropada yenidən müharibəyə hazırlaşmalıyıq” bəyanatını verib.

Britaniya ordusunun yeni Baş Qərargah rəisi Patrik Sanders Ukraynadakı müharibə ilə bağlı yeni açıqlama verib. Sanders, Britaniya qoşunlarının yenidən Avropada müharibəyə hazırlaşmasının vacib olduğunu bəyan edib: "Rusiyanın Ukraynaya təcavüzü quruda vuruşmağa və müharibələrdə qalib gəlməyə hazır olmaqla yanaşı İngiltərəni qorumaq kimi əsas məqsədimizi olduğunu qeyd etmək istəyirəm. Artıq müttəfiqlərimizlə birlikdə döyüşə bilmək və müharibədə Rusiyanı məğlub edə biləcək ordu qurmaq üçün güclü imperativimiz var. Hərbçiləri bir daha Avropada döyüşmək üçün hazırlamalı olan nəsilik. 1941-ci ildən bəri Avropada böyük bir gücün qarışdığı yerüstü müharibədə ordunun komandanlığını öz üzərinə götürən ilk Baş Qərargah rəisiyəm".

Sandersin ordunun müharibəyə hazır olması ilə bağlı açıqlamaları həm Böyük Britaniyanın baş naziri Boris Consonun, həm də NATO-nun baş katibi Yens Stoltenberqin Ukraynaya uzunmüddətli dəstək təklif edilməsi ilə bağlı xəbərdarlıqlarından sonra gəlməsi diqqət çəkir. Conson Ukraynanın paytaxtı Kiyevə son səfərindən sonra Rusiya prezidenti Vladimir Putinin Ukraynanı işğalının yeni mərhələyə keçdiyini bildirib. “Putin Ukraynanı sırf qəddarlıqla əzməyə çalışdığı üçün qorxuram ki,  biz özümüzü uzun bir müharibəyə hazırlamalıyıq.

Böyük Britaniya və tərəfdaşları Ukraynanın mübarizədə qalib gəlməsi üçün strateji möhkəmliyə malik olmasını təmin etməlidir. Hər şey Rusiya öz hücum imkanlarını yeniləyə biləcəyindən, Ukraynanın öz ərazisini müdafiə etmək qabiliyyətini daha tez gücləndirib-gücləndirə bilməyəcəyindən asılı olacaq. Bizim vəzifəmiz vaxtı Ukraynanın tərəfinə çəkməkdir”, - deyə o bildirib.

NATO-nun baş katibi Yens Stoltenberq isə son açıqlamasında bəyan edib ki, müharibənin illərcə davam edə biləcəyinə hazırlaşmalıyıq: “Ukraynaya dəstəyi dayandırmamalıyıq. Xərcləri yüksək olsa belə, sadəcə hərbi dəstək deyil, həm də enerji və ərzaq qiymətlərinin artması səbəbindən Ukraynanı dəstəkləməliyik".

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər