ABŞ pilotsuz təyyarələrin Ukraynaya satışını dayandırdı - Rusiyanın əlinə keçə bilər…

img

ABŞ Ukraynaya Silahlı Pilotsuz Uçuş Aparatı (SİHA) satmaqdan imtina edib. Ağ Ev administrasiyası Ukraynaya Rusiyaya qarşı istifadə üçün Hellfire raketləri ilə təchiz oluna bilən 4 MQ-1C Grey Eagles satmağı planlaşdırırdı. Son məlumata görə, SİHA-nın Ukrayna qüvvələrinə satışı ləğv edilib.

Qərara səbəb kimi qabaqcıl müşahidə avadanlığının “düşmən”in əlinə keçəcəyi ilə bağlı narahatlıq göstərilib. Qeyd edilir ki, əsasən Pentaqonun Müdafiə Texnologiyaları Təhlükəsizlik İdarəsi satışa qarşı çıxıb.

 “Reuters” yazır ki, bununla bağlı üç mənbə, mart ayından bəri dövriyyədə olan planın Ağ Ev tərəfindən təsdiqləndiyini bildirib.

Qeyd edilir ki, SİHA-ların ixracına etirazlar, radar və müşahidə cihazlarının Rusiyanın əlinə keçəcəyi təqdirdə ABŞ üçün təhlükəsizlik risqi yarada biləcəyi narahatlıqları ilə gündəmə gəlib.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər