Slovakiya Rusiya təhlükəsinə qarşı Çexiyadan yardım istədi

img

Slovakiya Çexiyadan hava məkanını Rusiya təhlükəsindən qorumaq üçün kömək istəyib. Belə bir açıqlama Slovakiyanın müdafiə naziri Yaroslav Nad və Çexiyanın müdafiə naziri Jana Çernoçova Çexiyanın paytaxtı Praqada görüşü zamanı səsləndirilib.

Slovakiyalı nazir ölkəsinin Rusiya istehsalı MiQ-29 döyüş təyyarələrinin istifadəsini dayandırmağa hazırlaşması və əvəzində F-16 döyüş təyyarələrinin gəliş tarixinin 2 il təxirə salınmasına görə Slovakiyanın hava məkanını rus təhlükəsinə qarşı qoruması üçün Çexiyadan yardım istəyib.

Çexiyanın müdafiə naziri Cernoçova görüşdən sonra deyib ki, Yaroslav Nad ona Slovakiyanın hava məkanını müvəqqəti olaraq qorumağı tələb edən məktub verib: “İndi şərtləri müzakirə edəcəyik".

Slovakiyalı nazir isə çexlər və polyakların Slovakiyanın hava məkanını qorumaq məsuliyyətini öz üzərlərinə götürməyə hazır olmalarını yüksək dəyərləndirib və Çexiya ilə də oxşar danışıqlar aparılacağını deyib.

Bir müddət əvvəl Polşanın müdafiə naziri Slovakiyaya səfəri zamanı Polşa F-16 döyüş təyyarələrinin Slovakiyanın hava məkanını Rusiya təhlükəsinə qarşı qorumaq üçün Polşa hava limanlarından havaya qalxacağını və lazım gələrsə, sözügedən döyüş təyyarələrinin Slovakiyadakı hava limanlarına yerləşdirilə biləcəyini bildirmişdi.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər