Rusiya səfirindən Vaşinqtona sərt Ukrayna xəbərdarlığı – ABŞ-la birbaşa hərbi qarşıdurmaya gedə bilərik…

img

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ-ın Ukraynaya silah yardımına sərt reaksiya verib və bunun böyük nüvə gücləri arasında birbaşa hərbi münaqişəyə səbəb olacağı ilə bağlı xəbərdarlıq edib.

Qqeyd edək ki, 2021-ci ildə Ukraynaya 650 milyon dollardan çox hərbi yardım edən və 40 milyard dollarlıq yeni yardım paketini açıqlayan ABŞ Kiyevə silah göndərməkdə davam edir.

Rusiya səfiri Antonov isə xəbərdarlıq edib ki, Ukraynaya silah yardımı Rusiya və ABŞ arasında birbaşa münaqişəyə səbəb ola bilər.

Newsweek jurnalı üçün məqalə yazan Antonov bildirib: "Amerikalıların dar düşüncəsi indiki şəraitdə də özünü büruzə verir. Rusiyaya strateji məğlubiyyət vermək arzusunda olan ABŞ elitası Kiyev rejiminə silah göndərməklə gərginliyi daha da artırır. Bunun ən böyük nüvə gücləri arasında, təxmin edilməyən nəticələrə səbəb olacaq birbaşa hərbi qarşıdurmaya aparan yol olduğunu başa düşmək çətin deyil”.

Antonov ABŞ-ın Rusiyanı sanksiyaların köməyi ilə "boğmaq" planlarının da nəticə vermədiyini qeyd edib: "Düşüncəsiz məhdudiyyətlərin tətbiqi yalnız ABŞ iqtisadiyyatındakı vəziyyəti daha da dərinləşdirir. Yəni Vaşinqton anti-Rusiya şövqü ilə öz ayağını güllələyir. Bu gülünc görünür”.

Antonov vurğulayıb ki, ABŞ-ın səyləri Rusiya Silahlı Qüvvələrinin xüsusi hərbi əməliyyatlar zamanı Donbass sakinlərinin müdafiəsi, eləcə də Ukraynadakı de-nasistlərin tərksilahı edilməsi tapşırıqlarını yerinə yetirmək əzminə heç bir təsir göstərməyəcək.

ABŞ-ı Rusiyanı məğlub etmək xəyalları ilə özünü aldatmamağa çağıran Rusiya səfiri Moskva ilə praqmatik münasibətləri inkişaf etdirməkdən başqa alternativin olmadığını vurğulayıb.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər