
“Tesla Motors” şirkətinin rəhbəri İlon Mask “Twitter” işçiləri ilə keçirdiyi görüşdə, şirkətin 44 milyardlıq təklif almasına baxmayaraq, ixtisarların keçiriləcəyinə işarə edib. “BBC NEWS” -a istinadən verilən məlumata görə, İ.Mask həmçinin məsafəli iş, yerdən kənar fəaliyyət, söz azadlığı mövzularına da toxunub.
İlon Mask aprel ayından - təklifi fəaliyyətə keçəndən sonra ilk dəfə danışıb. O, həmçinin, saxta hesablar barədə məlumat verilməyəcəyi təqdirdə müqavilədən çıxa biləcəyini söyləyib.
“Şirkət sağlam fəaliyyət göstərməlidi. Hazırda xərclər gəlirləri aşır” - İlon Mask çıxışında deyib. Lakin o, şirkətə əhəmiyyətli töhfə verəcək şəxsləri narahat olmamağa çağırıb.
Ceyhun MİRZƏLİ