Makron Ukraynaya izah etdi…

img

Dörd Aİ ölkəsinin lideri Ukraynanın bu quruma əlavə şərtlər olmadan üzvlüyünə qərar verib,  amma onlar islahatların bütün mərhələri ilə bağlı şərtləri tətbiq edəcəklər.

“Ukrainskaya Pravda” yazır ki. Fransa prezidenti Emanuel Makron Kiyevdə jurnalistlərə müsahibəsində bu haqda məlumat verib. E.Makron izah edib ki,  Avropanın üç böyük iqtisadiyyatına malik olan Almaniya, İtaliya, Fransa və Rumuniya prezidentinin səfərinin məqsədi Ukraynanın addımını Avropa Birliyi ilə uzlaşdırmaqdır. 

“Siz bilirsiz ki, Ukraynanın Avropadakı namizədliyi ilə bağlı narazılıqlar mövcud idi.  Buna baxmayaraq, mən bura gəlib Ukraynanın namizədliyini birgə dəstələmək qərarına gəldim. Beləliklə, biz səkkiz gün ərzində yekdillik əldə etmək və namizədliyin təsdiqi üçün birgə səy göstərəcəyik” -  Fransa prezidenti deyib.

Ceyhun MİRZƏLİ

Peşə etikası

Son xəbərlər