Cümə axşamı günü Fransa, Almaniya, İtaliya və Ruminiya liderlərinin Kiyevə gəlməsi Rusiyaya müqavimət göstərməyə çalışan Ukraynaya Avropanın birgə dəstəyini nümayiş etdirir.
Associated Press-in məlumatına görə, bu, Avropa liderlərinin Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiya ordusunun müdaxiləsindən sonra ilk yüksək səviyyəli görüşüdü.
“Fransa prezidenti Emanuel Makron, Almaniya kansleri Olaf Şoltz, İtaliya baş naziri Mario Draqi Kiyevə birgə səfər ediblər. Ruminiya prezidenti Klaus İhonass da onlara qoşulacaq” - Fransa Prezident Administrasiyası məlumat yayıb. Səfər 23-24 iyunda Ukraynanın Aİ üzvlüyünə müraciətinə baxılması və Madriddə NATO-nun 29-30 iyunda keçiriləcək iclası ərəfəsində baş tutur.
Həmçinin, NATO müdafiə nazirləri Ukraynaya daha çox hərbi yardım etmək üçün Brüsseldə görüşüblər. Çərşənbə günü həm də ABŞ və Almaniya Ukraynanı daha uzaq mənzilli silahlarla təmin edəcəklərini elan edib
Ceyhun MİRZƏLİ