Cümə axşamı səhər İŞİD-in liderlərindən biri Suriya ərazisində saxlanılıb. “ƏL-Cəzirə” ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya istinadən bu məlumatı yayıb. Həmçinin qeyd olunub ki, İŞİD üç il ərzində İraq və Suriyada Böyük Britaniya ərazisi həcmində torpaqlara nəzarət edirdi. İŞİD-çilər məğlubiyyətlərindən sonra hücumlarını davam etdirirlər.
“Saxlanılan şəxsin qruplaşmanın yüksək səviyyəli başçılarından biri olduğu və təcrübəli bomba ustası olduöu” bildirilir. Koalisiya qüvvələri, həmçinin, əməliyyat zamanı heç bir mülki şəxsə, obyektə zərər dəymədiyini bildiriblər.
Ceyhun MİRZƏLİ