Rusiya lideri Vladimir Putinin öz tanklarını Ukraynaya göndərməsindən üç ay yarımdan çox vaxt keçir. Son məlumatlara görə, döyüşlərin getdiyi mərkəz nöqtəsindən cəmi 45 kilometr aralıda gizli baza yerlə-yeksan edilib.
Belə ki, Putinin Liviya, Suriya, Cənubi Amerika və bəzi Afrika ölkələrindən sonra Ukraynaya göndərdiyi muzdlu qrup “Vaqner” Luqanskda ağır zərbə alıb.
Ukrayna ordusunun artilleriya zərbələri nəticəsində “Vaqner” Qrupunun Luqansk Kadiivkadakı bazasını məhv edilib. Ukrayna rəsmiləri bildirirlər ki, 300-ə qədər muzdlu əsgərin ölümünə səbəb olan hücumdan “Vaqner” Qrupunun yalnız bir üzvü sağ qurtulub.
“Vaqner” Kadiivka şəhərindəki stadionu baza kimi istifadə edərək stadiona döyüş sursatı da yığıbmış.
Ukrayna rəsmilərinin açıqlamaları təsdiqlənərsə, Rusiya ordusu apreldə iki raketlə batırılan Qara Dəniz Donanmasının flaqmanı “Moskva”dan sonra bir gündə verdiyi ən böyük itki olacaq.
Tahir TAĞIYEV