Rusiyaya hücumlarını daha da sərtləşdirdiyi bir vaxtda Ukraynadan etiraf kimi bir açıqlama gəlib. Ukrayna hərbi kəşfiyyatının müavini Vadim Skibitsky Ukraynanın cəbhədə Rusiyaya qarşı itirdiyini deyib.
Hazırda Rusiyanı dayandırmaq üçün yalnız Qərbdən gələn silahlardan asılı olduqlarını bildirən Skibitsky artıq artilleriya müharibəsinin başladığını və mövqelərini itirdiklərini deyib: "İndi hər şey Qərbin bizə nə verdiyindən asılıdır. Ukraynanın bir artilleriyasına qarşılıq Rusiyanın 10-15 artilleriyası var. Qərb tərəfdaşlarımız bizə sahib olduqlarının təxminən 10% -ni veriblər”.
Skibitsky görə, Ukrayna gündə 5-6 min top mərmisi istifadə edir. Top mərmilərinin demək olar ki, hamısını istifadə etdiklərini deyən Skibitsky hazırda 155 kalibrli NATO mərmilərindən istifadə etdiklərini bildirib: “Avropa aşağı kalibrli güllələr də verir, lakin Avropa tükəndiyi kimi bizdəki sursatın miqdarı da azalır".
Skibitskyin sözlərinə görə, Qərb Rusiya artilleriya hissələrini uzaq məsafədən məhv etmək üçün Ukraynaya uzaqmənzilli raket sistemləri verməlidir.
Tahir TAĞIYEV