Rusiyanın Ukraynaya etdiyi hücumlardan sonra Kiyevə açıq dəstək olan Polşa NATO tərəfindən qoruma altına alınıb.
Rusiya isə NATO-dan Polşaya silah göndərilməsinə qarşı çıxır. Rusiya Xarici İşlər Nazirliyinin üçüncü Avropa ölkələri departamentinin rəhbəri Oleq Tyapkin Ukraynadakı 2014-cü il inqilabından əvvəl də Polşanın Avropanın şərq cəbhəsində NATO-nun gücləndirilməsi üçün addımlar atdığını söyləyib.
Bu vəziyyətə laqeyd qala bilməyəcəklərini ifadə edən Tyapkin deyib: "Əlbəttə ki, NATO Qrupunun Polşada güclənməsini laqeyd şəkildə izləməyəcəyik. Cavabımız həmişəki kimi mütənasib və uyğun olacaqdır. Rusiya Federasiyasının təhlükəsizliyinə potensial təhdidləri zərərsizləşdirəcəyik".
Siyasi gərginliyə baxmayaraq Tyapkin Polşa ilə bağlı mülayim danışıb: "Polşa ilə ikitərəfli münasibətlərimizdə problem olmadığını həmişə deyirik. Biz fikirlərimizi Varşavadakı tərəfdaşlarımızın da diqqətinə çatdırdıq".
Tyapkin Polşa ilə müasibətlərin yavaş və hamar bir şəkildə irəliləyəcəyini bildirib: "Təəssüf ki, 2014-cü ildən bəri, polyak tərəfdaşlarımız problemin belə bir formulla həlli təklifinə laqeyd yanaşdılar. Uzun illərdir qurulan diplomatik münasibətlərin tamamilə ortadan qaldırılması yolunu seçdilər".
Tahir TAĞIYEV