Çin Tayvan müstəqilliyini elan edərsə, müharibəyə başlamaqdan çəkinməyəcəklərini bəyan edib.
Bunu Çin müdafiə naziri Vey Fenx ABŞ müdafiə naziri Lloyd Austinlə Sinqapurda görüşü zamanı deyib.
Çin Müdafiə Nazirliyinin yaydığı açıqlamaya görə, Vey görüşdə Tayvan müstəqilliyini elan edəcəyi təqdirdə, Çinin müharibəyə başlamaqdan çəkinməyəcəyini deyib.
"Kimsə Tayvanı Çindən ayırmağa cəsarət edərsə, Çin ordusu, bədəli nə olursa olsun qəti şəkildə müharibə başlatmaqdan çəkinməyəcək" – deyə Çin müdafiə naziri amerikalı həmkarına xəbərdarlıq edib.
ABŞ Müdafiə Nazirliyinin açıqlamasında isə Austinin çinli həmkarı Veyi Tayvan boğazında sülh və sabitliyin əhəmiyyətini, status-kvonun birtərəfli dəyişdirilməsinə qarşı olduqlarını bir daha xatırladıb və Çini Tayvana qarşı təhlükəli hərəkətləri davam etdirməkdən çəkinməyə çağırdığı bildirilir.
Tahir TAĞIYEV