Ukraynanın işğal olunmuş şəhərləri Melitopol, Herson və Zaporijya şəhərlərində yaşayan ukraynalılara Rusiya pasportu paylanmağa başlanıb.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin 25 may tarixində Ukraynanın Herson və Zaporijya bölgələrində yaşayanların Rusiya vətəndaşlığı almasını asanlaşdıran sərəncam imzalayıb. Bu sərəncama əsasən, işğal altındakı ərazilərdə yaşayanlara Rusiya vətəndaşlığı haqqı tanınır. Dünəndən isə işğal olunmuş şəhərlərində Rusiya pasportu paylanmağa başlanıb. Zaporijya bölgəsinə bağlı Melitopol şəhərində təşkil edilən mərasimlər pasportlar insanlara paylanıb. Zaporijya bölgəsinin Rusiya tərəfindən təyin olunan lideri Vladimir Roqov, 6 iyundan bu günə qədər 70 mindən çox insanın Rusiya vətəndaşlığı üçün müraciət etdiyini deyib.
Herson bölgəsinin Rusiya tərəfindən təyin olunan lideri Vladimir Saldo da xalq tərəfindən Rusiya vətəndaşlığına ciddi tələbə olduğunu, 23 Herson rayonunda sakinlərə Rusiya vətəndaşlığı verildiyini deyib.
Tahir TAĞIYEV