“Rusiya təxminən 32 min əsgər itirib”. Bu barədə “Ukraynskiy Pravda” Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Feysbuk hesabında yaydığı məlumata istinadən yazıb.
Qeyd edilir ki, Rusiya işğalçı qüvvələri 31 min 900 əsgərini eləcə də 1409 tankını və 5571 İHA-sını itirib. Rusiya silahlı qüvvələrinin itkilərini 24 fevral və 10 iyun 2022-ci il tarixində təxminən belə təsnifatlandırmaq olar : 3 450 döyüş maşını, 712 artirleriya sistemi, 97 hava hücumundan müdafiə sistemi, 212 təyyarə, 178 helikopter, 572 əməliyyat-taktikal PUA-sı, 125 qanadlı raket, 13 gəmi və qayıq, 2438 avtomobil avadanlığı və yanacaq tankerləri hissələri, 54 xüsusi avadanlıq parçaları...
O da vurğulanır ki, Rusiya işğalçı qüvvələri Xarkov və Bakmut cəbhələrində böyük itkilərlə üzləşib. Belə ki, Ukrayna silahlı qüvvələri 9 iyun günü 33 işğalçını məhv edib və Ukraynanın cənubundakı təcavüzkarların üç silah ambarını sıradan çıxarıb.
Ceyhun MİRZƏLİ