Serbiyanın paytaxtı Belqrada səfər edəcəyi açıqlanan Rusiya xarici işlər naziri Sergey Lavrov Monteneqro, Şimali Makedoniya və Bolqarıstanın maneəsi ilə üzləşib.
Yerli media Monteneqro, Şimali Makedoniya və Bolqarıstanın 6-7 iyun tarixlərində Serbiyaya rəsmi səfər etməyi planlaşdırılan Lavrova hava məkanını bağladığını bildirib.
Qeyd olunub ki, Serbiya prezidenti Aleksandr Vuçiç üç ölkənin qərarı ilə bağlı bu gün Rusiyanın Belqraddakı səfiri Aleksandr Bocan-Harcenko ilə görüşəcək.
Tahir TAĞIYEV