ABŞ prezidenti Co Bayden mətbuat mənsubları ilə görüşündə Ukraynada Rusiya işğalının gələcəyi ilə bağlı təəccüblü açıqlamalar verib. Jurnalistin “Ukrayna sülh üçün Rusiyaya torpaq verməlidirmi?” sualına Baydenin cavab Ukraynada böyük hiddətə səbəb olub.
"Onların torpaqlarıdır, mən söz sahibi deyiləm" deyən ABŞ Prezidenti daha sonra bildirib: "Ancaq güzəşt edilməlidir. Sülh üçün Ukraynanın torpaqlarında güzəştə gedib masa arxasında oturması lazım gələ bilər”.
Bununla belə, Bayden İngiltərənin Baş naziri Boris Conson ilə birlikdə fevral ayında başlayan işğalın ilk günündən ukraynalıların son ukraynalı qalana qədər döyüşməyə və işğala qarşı müqavimət göstərməyə davam etdiyinə dair açıqlamalar verib, sona qədər mübarizə aparılması gərəkdiyini bəyan ediblər.
Mayın əvvəlində Fransa prezidenti Emmanuel Makron da ukraynalı həmkarı Zelenskiyə sülh üçün Ukrayna torpaqlarını güzəştə getməyə çağırıb. Fransa liderinin bu sözləri böyük səs-küyə səbəb olmuşdu.
22-26 may tarixləri arasında İsveçrədə keçirilən Davos Sammitində çıxış edən ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer də oxşar ifadələr işlədib və “Ukrayna Rusiya ilə barışmaq üçün torpaq və güzəştə getməlidir” deyib.
Tahir TAĞIYEV