Bu günə qədər 20 mindən çox dinc sakinin ölümünə və dünyanın bir çox yerində ərzaq qıtlığına səbəb olan qanlı müharibənin 102-ci günündə sosial mediada paylaşılan bir görüntü ortalığı qarışdırıb. Narahatedici görüntü İnterpolu da hərəkətə keçirib.
Rusiyayönlü medianın məlumatına görə, ukraynalı fırıldaqçılar internetdə ABŞ istehsalı olan “Javelin” raket buraxılış qurğularını 30 min dollara satışa çıxarılıb. Sosial şəbəkələrdə paylaşılan görüntülərdə tank əleyhinə silahın Kiyevdə bir istifadəçi tərəfindən satıldığı görünür. İnterpol Ukraynaya göndərilən silahların əksəriyyətinin Avropadakı cinayətkarların əlinə keçə biləcəyilə bağlı xəbərdarlıq edib.
Rusiyayönlü ASB Military News-un Telegram mesajlaşma proqramında paylaşdığı fotolar hələlik rəsmi şəkildə təsdiqlənməsə də, böyük narahatlıq yaradıb. Bununla belə, Qərbin Ukraynaya silah göndərməsini dayandırmaq üçün Rusiyanın təbliğatının tərkib hissəsi ola biləcəyi ilə bağlı iddialar da var.
Tahir TAĞIYEV