Rusiyanın ələ keçirdiyi Melitopol şəhərində böyük partlayış baş verib.
Şəhərdə lyuk qapağının altına gizlədilmiş əldəqayırma partlayıcının işə düşməsi ilə güclü partlayış baş verib. Hadisə nəticəsində 3 nəfər yaralanıb.
Rusiya hadisəni “terror hücumu” kimi şərh etsə də, Qərb mediası bunu “Ruslara qarşı ilk böyük partizan müharibəsi” kimi təqdim edib.
Tahir TAĞIYEV