Avropa İttifaqı (Aİ) üzvü olmayan ölkələrə Rusiyadan neft almasına qadağa qoya bilməz, lakin ümid edir ki, rəsmi Moskva yeni müştəri axtarışında nefti endirimlə satmalı olacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel deyib.
“Biz o qədər də qüdrətli deyilik ki, Rusiyanın hansısa ölkəyə neft satmasının qarşısını ala bilək. Lakin biz Rusiyanın ən vacib müştərisiyik. Onlar yeni müştəri axtarmalı və qiyməti aşağı salmalı olacaq”, - o bildirib.