ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin əri Paul Pelosi Kaliforniyada narkotikin təsiri altında avtomobil idarə etdiyi üçün həbs edilib.
Bildirilir ki, 82 yaşlı Paul Pelosiyə iki maddə ilə ittiham irəli sürülüb və o həbsxanaya göndərilib.
ABŞ mətbuatının yazdığına görə, Nümayəndələr Palatasının spikeri Nensi Pelosi spiker kimi iştirak etdiyi bir tədbirdə əri Pol Pelosinin həbsi ilə bağlı danışmaqdan imtina edib.
Tahir TAĞIYEV