Rusiya prezidenti Putin Fransa prezidenti Makron və Almaniya kansleri Şolzla görüşündə bildirib ki, Rusiya Qara dəniz limanlarındakı Ukrayna taxılının ixracı da daxil olmaqla maneəsiz taxıl ixracına hazır olduğunu, lakin bunun üçün Rusiyaya qarşı sanksiyaların ləğvi edilməlidir.
Putin bildirib ki, Rusiya “Kiyevin günahı üzündən” dayanan danışıqların bərpasına açıqdır.
Qərbin Ukraynaya silah tədarükünü davam etdirməsinin təhlükəli olduğuna diqqət çəkən Putin, bu kontekstdə vəziyyətin daha da gərginləşəcəyini və humanitar böhranın şiddətlənəcəyini bildirib.
Qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı vəziyyətin də ətraflı müzakirə edildiyi görüşdə Putin Qərb ölkələrinin yanlış iqtisadi və maliyyə siyasəti, habelə Rusiyaya qarşı sanksiyaların ərzaq təminatındakı çətinliklərin əsl səbəbləri olduğunu açıqlayıb.
"Rusiya, öz növbəsində, Qara dəniz limanlarından Ukrayna taxılının ixracı da daxil olmaqla, maneəsiz taxıl ixracı variantlarının tapılmasına kömək etməyə hazırdır. Rusiya gübrələri və kənd təsərrüfatı məhsullarının tədarükünün artırılması həm də qlobal ərzaq bazarında gərginliyin azaldılmasına kömək edəcək. Əlbəttə ki, bunun üçün müvafiq sanksiya məhdudiyyətlərinin aradan qaldırılması lazımdır”, - Putin deyib.
Tahir TAĞIYEV