Ruslar Donetsk vilayətində Svetlodarsk şəhəri ələ keçirdi

img

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Svetlodarsk şəhərini ələ keçirib.

“Report” “Svobodnoye radio”ya istinadən xəbər verir ki, bu barədə Svetlodarsk şəhər hərbi administrasiyasının başçısı Sergey Qoşko bildirib.

Rusiyanın teleqram kanalının məlumatına görə, şəhəri “Vaqner” qeyri-rəsmi xüsusi hərbi şirkətinin döyüşçüləri ələ keçirib.

Xatırladaq ki, bu gün Rusiyanın Ukraynada başladığı hərbi əməliyyatların 90-cı günüdür.

Peşə etikası

Son xəbərlər