Ərdoğan: "İsveç tam bir terror yuvasıdır"

img

“NATO təhlükəsizlik təşkilatıdır. Alyansın içində terror təşkilatlarının olmasını qəbul edə bilmirik. Bu ölkələr PKK/YPG-yə ev sahibliyi edir. Biz salındığımız dalana bir daha dirənməyi düşünmürük”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“İsveç tam bir terror yuvasıdır. Bir ölkə “yox” deyərsə, hər hansı namizəd ölkəni NATO-ya qəbul edə bilməzlər. Keçmişdə təşkilata daxil olanlar daxil olub. Bunun içində Almaniya, Fransa da var. Yunanıstan və Fransa onsuz da təşkilata qoşulub sonra çıxmışdılar”, - o bildirib.

Peşə etikası

Son xəbərlər