Türkiyə üçün tarixi fürsət – Qərb Finlandiya və İsveçə görə Türkiyənin Aİ üzvlüyü və ŞKTC məsələsində geri addım ata bilər…

img

Ukraynanın işğalından sonra Finlandiya və İsveç Rusiyadan qorunmaq üçün NATO-ya üzv olmağa çalışır. Bu ölkələrin hər ikisi üzvlük üçün müraciət etməyə hazırlaşır. Ancaq NATO-nun önəmli üzvlərindən olan Türkiyənin vetosu ilə üzləşiblər.

Türkiyə Prezidenti Ərdoğan Finlandiya və İsveçin NATO-ya üzvlüyünə müsbət yanaşmadıqlarını deyərək veto mesajı verib. Skandinaviya ölkələrinin terrorla əlaqəsinə diqqət çəkən prezident Ərdoğan onların az qala terroristlər üçün qonaq evi olduğunu deyib.

"Bu prosesdə terror təşkilatlarına qarşı olduqlarını desələr də, terrorçuları təslim etməyəcəklərinə dair açıqlamaları var… Türkiyəyə sanksiya tətbiq edənlərin təhlükəsizlik təşkilatı olan NATO-ya üzv olmasına "hə" deyə bilmərik. Çünki o zaman NATO təhlükəsizlik təşkilatı olmaqdan çıxar. Buna “hə” demək mümkün deyil. Bazar ertəsi bizi razı salmağa gələcəklər? Bağışlayın, özlərinə əziyyət verib gəlməsinlər" - Ərdoğan deyib.

Bütün NATO üzvü ölkələr kimi Türkiyənin də veto kartına malik olduğuna diqqət çəkən ekspertlər Ankaranın Finlandiya və İsveçi terrora verdiyi dəstəyə görə, cəzalandıra biləcəyi qənaətindədirlər.

Digər  tərəfdən ekspertlər Türkiyənin veto kartından istifadə etməklə Qərbin Aİ-yə üzvlük, ŞKTC-nin tanınması, Türkiyəyə qarşı bütün sanksiyaların aradan qaldırılması kimi məsələlərdə Qərbi geri addım atmağa məcbur edə biləcəyinə diqqət çəkirlər.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər