Ərdoğan İsveç və Finlandiyaya net mesaj – “Hə” deyə bilmərik, özlərinə əziyyət verib gəlməsinlər”

img

Rusiyanın Ukraynada irəliləməsindən qorxan İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün hərəkətə keçib. Ancaq terror təşkilatlarına dəstək verən İsveç və Finlandiya Türkiyənin vetosu ilə qarşılaşıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveç və Finlandiyanın NATO üzvlüyünə müsbət baxmadıqlarını bildirib. Türkiyənin bu açıqlamasından sonra panikaya düşən iki ölkə NATO-ya üzvlük üçün Ankaranın qapısını döyməyə hazırlaşır.

Ancaq Ərdoğan növbəti dəfə Türkiyənin mövqeyinin dəyişməyəcəyi mesajını verib.

Əlcəzairli həmkarı Əbdülməcid Tebbun ilə birgə mətbuat konfransında Türkiyə prezidenti bildirib ki, hər iki ölkənin terror təşkilatlarına qarşı açıq və birmənalı münasibəti yoxdur.

"Bu prosesdə terror təşkilatlarına qarşı olduqlarını desələr də, terrorçuları təslim etməyəcəklərinə dair açıqlamaları var. Yunanıstan NATO-dan çıxmışdı. O dövrün rəhbərliyi Yunanıstanı yenidən NATO-ya aldı. Hər şeydən əvvəl Türkiyəyə sanksiya tətbiq edənlərin təhlükəsizlik təşkilatı olan NATO-ya üzv olmasına "hə" deyə bilmərik. Çünki o zaman NATO təhlükəsizlik təşkilatı olmaqdan çıxar. Buna “hə” demək mümkün deyil. Bazar ertəsi bizi razı salmağa gələcəklər? Bağışlayın, özlərinə əziyyət verib gəlməsinlər" - Ərdoğan deyib.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər