Kremldən NATO-ya net mesaj - Ukraynanın NATO-ya üzvlüyü Rusiya ilə Alyansın toqquşmasına səbəb ola bilər

img

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ukraynanın NATO-ya mümkün üzvlüyünün yaradacağı fəsadlarla bağlı xəbərdarlıq edib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.

“Ukraynanın NATO-ya daxil olmsı Rusiya ilə NATO arasında toqquşmaya səbəb ola bilər. Biz Finlandiya və İsveçin NATO-ya qoşulmasının Rusiyanın təhlükəsizliyinə yarada biləcək təhdidi diqqətlə izləyirik”, - o bildirib.

Peşə etikası

Son xəbərlər