Rusiya Mariupoldakı Azovstal zavodunu fosfor bombası ilə vurdu – ŞOK GÖRÜNTÜLƏR…

img

Rusiya ordusu Ukraynanın Mariupol şəhərindəki Azovstal zavoduna hücumlarını davam etdirir. Ukrayna Rusiya ordusunun zavoda fosfor bombası ilə hücum etdiyini iddia edib.

"Dünən işğalçılar Mariupol müdafiəçilərinə qarşı yanğın bombaları və ya fosfor bombalarından istifadə etdilər” - Mariupol Bələdiyyə başçısının sözçüsü Petro Andriuşçenko deyib.

Ukrayna mətbuatı xəbərləri, Rusiyanın mühasirəsində olan Azovstal zavodunda tibbi yardıma ehtiyacı olan 600-ə yaxın yaralı əsgərin olduğu bildirilir. Ukrayna əvvəllər Rusiyaya yaralı əsgərlərin Azovstaldan təxliyəsi üçün rus əsirlərlə dəyişməyi təklif edib.

İsrail, İsveçrə, Türkiyə və Finlandiya kimi bir çox ölkə, Azovstaldakı əsgərlərin təxliyəsi üçün Ukrayna və Rusiya arasında danışıqlar prosesində iştirak etmişdi.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər