İsveç və Finlandiya Putini özündən çıxaracaq NATO qərarını açıqladı – Helsinkidən “Ərdoğanla görüşə hazırıq” mesajı…

img

Rusiyanın Ukraynanı işğal etmək cəhdi ilə on illərlə tərəfsizliyini qoruyan Finlandiya hərbi bloka qoşulmaq qərarı verib. Helsinki administrasiyası NATO-ya üzv olmaq üçün alyansa müraciət edəcəyini açıqlayıb.

Baş nazir Sanna Marin, Finlandiya prezidenti Sauli Niinisto ilə bir mətbuat konfransı keçirərək, günlərlə gözlənilən qərarı açıqlayıb və ölkəsinin NATO-ya üzv olmaq üçün müraciət edəcəyini söyləyib.

Finlandiya lideri Niinisto "Bu tarixi bir gündür. Yeni bir dövr başlayır" ifadəsi ilə qərarı elan edib. Baş nazir Marin, məclisin bir neçə gün ərzində müraciəti təsdiqləməsini gözlədiyini deyib.

İsveç də NATO-ya üzv olmaq barədə rəsmi qərar qəbul edib.

Finlandiya prezidenti Niinisto, Skandinaviya ölkələrinin NATO-ya qatılmasına müsbət yanaşmayan Türkiyə Rəcəb Tayyib Ərdoğanla görüşməyə hazır olduğunu da söyləyib.

Qeyd edək ki, Prezident Ərdoğan, İsveç və Finlandiya ittifaqa qoşulmasına müsbət yanaşmadıqlarını söyləyib: "Biz İsveç və Finlandiya ilə bağlı hadisələri izləyirik, amma müsbət fikirdə deyilik. Skandinaviya ölkələri terror təşkilatlarının qonaq evinə bənzəyirlər. Hətta onların parlamentində otururlar. Bu halda bizim buna müsbət yanaşmağımız mümkün deyil”.

NATO baş katibi Stoltenberq isə, Türkiyənin Finlandiya və İsveçin üzvlüyünün qarşısını almaq niyyətində olmadığını söyləyib. Stoltenberq, Ankaranın narahatlıqlarını yoluna qoymaq üçün razılaşacaqlarına əmin olduğunu vurğulayıb.

ABŞ dövlət katibi Antoni Blinken də Türkiyə, Finlandiya və İsveç arasındakı danışıqların davam etdiyini söyləyib.

Rusiya ilə Finlandiya arasında 1340 kilometrlik quru sərhədi var.

Moskva Finlandiyanın və qonşusu İsveçin alyansa qoşulamasına qarşı çıxır. Rusiya lideri Vladimir Putin, Finlandiyanın NATO-ya üzvlüyünün səhv olacağını söyləyib. Kremlin əvvəlki açıqlamalarında isə Helsinki rəhbərliyi təhdid edilimişdi.

Finlandiya və İsveçin rəsmi müraciətləri ilə bağlı NATO liderləri arasında səsvermə keçiriləcək.

29-30 İyun tarixlərində keçiriləcək NATO liderləri zirvəsində müsbət qərar verilərsə alyansla iki ölkə arasındakı danışıqlar prosesi başlayacaq. Danışıqlar başa çatdıqdan sonra 30 müttəfiq ölkənin parlamentlərində səsverməyə çıxarılacaq.

NATO baş katibi Stoltenberq, alyansın qapılarının hər iki ölkə üçün açıq olduğunu və prosesin tez bir zamanda tamamlanacağını gözlədiyini bildirib. Başda ABŞ, İngiltərə, Fransa və Almaniya olmaqla NATO ölkələri Skandinaviya ölkələrinin alyansa üzvlüyünü dəstəkləyir.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər