Aİ İsveçrəni Şengen zonasından çıxarmaqla hədələdi...

img

Avropa İttifaqı (Aİ) Xarici Sərhədlərin Təhlükəsizliyi Agentliyinə (Frontex) əlavə məbləğin ödənilməsini dəstəkləməyəcəyi təqdirdə İsveçrəni Şengen zonasından çıxarmaqla hədələyib.

Trend xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti yazır.

Mayın 15-də İsveçrədə referendum keçiriləcək və bu referendum zamanı ölkə vətəndaşları Frontex-in maliyyələşdirilməsində gələcək iştirakla bağlı qərar verəcəklər. Referendumun təşkilatçıları olan Sosial Demokratlar və Yaşıllar Partiyası alyansının fikrincə, “Fronteks”in həyata keçirdiyi miqrasiya siyasəti həddən artıq sərtləşir və belə bir təşkilata maddi dəstək vermək olmaz.

Aİ 2015-ci il miqrasiya böhranından sonra Frontex işçilərinin sayını artırmağı planlaşdırır ki, bu da İsveçrənin Şengen zonasının sərhədlərini qoruyan quruma ödəmələrinin artmasına səbəb olacaq. 2016-cı ildən Frontex Avropa Sərhəd və Sahil Mühafizəsi xidməti kimi fəaliyyət göstərir.

Brüssel, Bernin Frontex ödənişini 2021-ci ildəki 19,5 milyon funt-sterlinqdən 2027-ci ildə 49,5 milyon funt-sterlinqədək artıracağını gözləyir. Aİ həmçinin İsveçrənin agentliyə altı yox, 40 sərhədçini ezam edəcəyini gözləyir.

Peşə etikası

Son xəbərlər