Zelenski Makronu ifşa etdi - Putinin imicini qorumaq üçün Ukraynaya torpaqlarından imtina etməyi təklif edib…

img

Ukrayna prezidenti Zelenski bildirib ki, Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinin imicini qorumaq üçün onlardan torpaq istəyib. Zelenskinin sözlərinə görə Makron onlara suverenliklərində güzəştə getməyi təklif edib.

İtaliyanın “Rai 1” telekanalına müsahibəsində Makronun müharibədən sonra heç bir tərəfin alçaldılmaması və Rusiya üçün çıxış yolu tapması ilə bağlı açıqlamalarını dəyərləndirən Zelenski bildirib ki, Rusiya üçün çıxış yolu axtarmağa ehtiyac yoxdur: "Cənab Makron bunu əbəs yerə edir. Rusiya bunu istəmədikcə və buna ehtiyacı olduğunu anlamadıqca, müharibəni dayandırmaq üçün heç nə etməyəcək, heç bir çıxış yolu axtarmayacaq”.

Zelenski, "Mən bilirəm ki, o (Makron) vasitəçilikdə müəyyən nəticələr əldə etmək istəyirdi, amma alınmadı. Həm də bizim tərəfdən deyil, Rusiyadan" deyib.

Zelenski Putinin “imicini xilas etmək” üçün suverenliklərindən güzəştə getməyəcəklərini bildirib: “Bəzi liderlərin prezident Putinin “imicini xilas etmək” üçün suverenliyimizə güzəşt edilməsi ilə bağlı mənə nəsə təklif etmələri düzgün deyil".

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər