Ukraynalı generaldan şok iddia - Kremldə çevriliş hazırlanır, Putini devirəcəklər…

img

Ukrayna Hərbi Kəşfiyyat Xidmətinin rəhbəri, general-mayor Kirilo Budanov Rusiya prezidenti Vladimir Putini devirmək üçün Kremldə çevriliş hazırlandığını iddia edib.

Britaniyanın Sky News telekanalına müsahibəsində əldə etdikləri kəşfiyyat məlumatlarını paylaşan Budanov iddia edib ki, Kremldə hazırlıq gedir: "Ukraynanın məğlubiyyəti Rusiya Federasiyasında hakimiyyət dəyişikliyinə səbəb olacaq. Artıq bu proses başlayıb və onlar bu istiqamətdə irəliləyirlər".

Jurnalistin "Bu, çevriliş olduğu anlamına gəlirmi?" sualına ukraynalı general “Bəli, bu istiqamətdə hərəkət edirlər və bunun qarşısını almaq mümkün deyil” deyə cavab verib.

Budanov avqust ayında müharibədə fasilə olacağını da iddia edib. O qeyd edib ki, müharibə 2022-ci ilin sonunda başa çatacaq.

General Ukraynanın Donbass və Krımdan əl çəkmədiyini də bildirib: "Ukraynanın gücünü Donbass və Krım da daxil olmaqla bütün itirilmiş torpaqlarımızda göstərəcəyik. Müharibənin gedişi şərqə doğru getsə də, Rusiyanın taktikası dəyişməyib. Düşmənimiz haqqında hər şeyi bilirik. Onların planlarından xəbərdarıq".

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər