Zelenski Krım məsələsini kənara qoydu - Amma heç vaxt Rusiyanın ərazisi kimi tanımayacaq

img

“Ukrayna indi Krım məsələsini kənara qoymağa hazırdır”. “Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın “Rai-1” telekanalına müsahibəsində deyib.

“Rusiya ilə müharibənin davam etdiyi bir vaxtda biz buna hazırıq. Çünki yarımadanın statusu ilə bağlı fikir ayrılıqları ölkə liderlərinin görüşünə mane olur. Amma Kiyev heç vaxt Krımı Rusiyanın ərazisi kimi tanımayacaq”, - o söyləyib.

Peşə etikası

Son xəbərlər