Ərdoğan İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı çıxdı - "bu ölkələr PKK-nın bir növ qonaq evi kimidir"

img

İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsinə müsbət yanaşmırıq. Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda jurnalistlərə açıqlamasında deyib.

"Biz hazırda İsveç və Finlandiya ilə bağlı prosesləri izləyirik. Amma bununla bağlı müsbət düşüncə içində deyilik. Təəssüf ki, bu ölkələr terror təşkilatlarının bir növ qonaq evi kimidir. PKK İsveçdədir, DHKP-C İsveçdədir. Niderlandda qərargahları var. Hətta o ölkələrdə parlamentlərdə də təmsil olunurlar. Ona görə də bu məsələyə müsbət baxmağımız mümkün deyil", - deyə R.T.Ərdoğan bildirib.

Peşə etikası

Son xəbərlər