Ersin Tatar Analar Günü ilə bağlı mükafatları təqdim edib

img

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar Analar Günü münasibətilə Milli Mübarizə Medalı Təqdimetmə Mərasiminə qatılıb və Kıbrıs Türklərinin mübarizə illərində mühüm xidmətləri olan mücahidlərə medallar təqdim edib. 

Baki-xeber.com xəbər verir ki, Ersin Tatar mərasimdəki çıxışında Analar Günü münasibətilə medallarını mücahidlərə təqdim etmək üçün bir araya gəldiklərini bildirərək, günün təşkilatçılarına təşəkkür edib. Bütün mücahidlərə təşəkkürünü bildirən prezident Tatar həyatını itirən mücahidlərə rəhmət diləyib, həyatda olanlara cansağlığı arzuladığını bildirib. 

Kıbrıs türk xalqının müstəqillik uğrunda mübarizəsinin dəyərli olduğuna diqqət çəkən Ersin Tatar, Ana Vətən Türkiyə ilə əməkdaşlığın “Mavi Vətən”də və hava məkanında, kənar xətlərin paylaşılması baxımından millətin ayaqda qalması üçün böyük əhəmiyyət daşıdığını bildirib. 

“Mübarizəmiz davam edir” deyən prezident Tatar, federal çətir altında razılığa gəlməyin mümkün olmadığını və Ana Vətən Türkiyənin tam dəstəyi ilə sona qədər yanaşı yaşayan iki ayrı suveren bərabər dövlətə əsaslanan yeni siyasəti həyata keçirəcəklərini söyləyib. 

Peşə etikası

Son xəbərlər