Makron AB-nin qapılarını Ukraynanın üzünə bağladı - üzv olmağa çalışmayın…

img

Fransa prezidenti Emmanuel Makron diqqətçəkən açıqlama verib. Makron bildirib ki, Ukrayna da daxil olmaqla, Avropa Birliyinə (AB) yeni üzvlərin qəbulu mümkün deyil. O, alternativ olaraq “Avropa Siyasi Birliyinin” yaradılmasını təklif edib.

Makron Birliyə daxil üzv olmaq istəyənlərə siyasi birlik yaratmağı təklif edib: “Avropa Birliyinə daxil olmaq istəyənlər üzv olmağa çalışmamalı, siyasi birlik yaratmalıdırlar”.

“Biz hamımız yaxşı bilirik ki, sabah biz Ukraynaya namizədlik statusu da versək, üzvlük standartlarını aşağı salmasaq, Birliyə daxil olmaq illər və ya onilliklər çəkəcək”, - deyə Makron bildirib.

O bildirib ki, Ukrayna, Moldova və Gürcüstan üzvlük kriteriyalarına cavab verməkdən çox uzaqdır. O, alternativ olaraq “Avropa Siyasi Birliyinin” yaradılmasını təklif edib.

"Bu yeni Avropa təşkilatı dəyərlərimizə sadiq olan demokratik Avropa dövlətlərinə siyasət, təhlükəsizlik, enerji və nəqliyyat kimi sahələrdə əməkdaşlıq üçün yeni məkan tapmağa imkan verəcək", - Makron bildirib.

Makron bu təklifi ilə ölkələrə Avropa Birliyinə üzv olmaq hüququ vermədən Avropanın ehtiyac duyduğu sahələrdə əməkdaşlıq təklif edir.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər