Mayın 9-da məşhur Lenta.ru saytı Putinin və onun Ukraynadakı müharibəsi əleyhinə 10 müxtəlif xəbər və məqalə dərc edib. Adlar çox sərt seçilib.
“Putin 21-ci əsrin ən qanlı müharibəsini başlatdı”, “Putin yazıq diktator və paranoikə çevrildi”, “Zelenski Putindən daha ağıllı çıxdı” və sair.
Doğrudur, xəbərlər dərhal saytdan yığışdırılıb. Lakin xarici media yazıların skrin-şotlarını fırladır.
Xatırladaq ki, Lenta.ru ikinci dəfədir belə üsyankarlıq edir. İlk dəfə 2014-cü ildə Krım işğal olunanda redaksiya əməkdaşları baş redaktor Timçenko olmaqla istefa etmişdilər.
Az əvvəl ORT TV-nin əməkdaşı da Putinin Ukrayna təcavüzünə açıq etiraz etmişdi...
Namiq Quliyev