Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bəyan edib ki, Rusiyanın dondurulmuş valyuta ehtiyatlarının Ukraynanın yenidən qurulmasında istifadə edilməsi müzakirə edilə bilər.
Borrell bəyan edib ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyanın dondurulmuş valyuta ehtiyatları Ukraynaya köçürülməlidir.
Ukraynanın müharibədən sonrakı yenidən qurulmasının yüz milyardlarla avroya başa gələ biləcəyinə diqqət çəkən Borrell qeyd edib ki, Aİ ölkələri Rusiyanın dondurulmuş valyuta ehtiyatlarını ələ keçirib, Ukraynanın yenidən qurulmasında istifadə etməyi düşünməlidir.
Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra ABŞ-ın da oxşar təcrübədə istifadə etdiyini xatırladan Borrell bunun Rusiya Mərkəzi Bankına da tətbiq edilə biləcəyini bildirib.
Borrell, valyuta ehtiyatlarının Ukraynada istifadəsinin Rusiyanın Ukraynaya müharibə təzminatı ödəməsinin bir yolu ola biləcəyinə diqqət çəkib.
Qərbin tətbiq etdiyi sanksiyalara görə, Rusiya Mərkəzi Bankının xaricdəki təxminən 300 milyard dollarlıq qızıl-valyuta ehtiyatları dondurulub.
Tahir TAĞIYEV