Rus ədəbiyyatının şah əsərlərindən olan “Hərb və Sülh”ün müəllifi məşhur yazıçı Lev Tolstoyun nəvəsi Pyotr Tolstoy bəyan edib ki, Rusiya Polşa sərhədinə dayanana qədər Ukraynada müharibəni davam etdirəcək, dayanmayacaq.
Rusiya prezidenti Vladimir Putinin “Vahid Rusiya” partiyasının üzvü, deputat və jurnalist Pyotr Tolstoy İtaliyanın “La Repubblica” qəzetinə açıqlamasında deyib ki, Avropanın dəstəyinə və Boris Conson və ya İtaliyanın baş naziri kimi adamların isterikasına baxmayaraq, Ukraynadakı əməliyyatı istədiyimiz vaxtı bitirəcəyik.
Ukraynada “xüsusi əməliyyat”ın ölkənin nasistlərdən təmizlənənə qədər davam edəcəyini qeyd edən Tolstoy Qərbin 30 ildir Ukraynanı Rusiyaya qarşı təxribata çəkdiyini bildirib.
Tolstoy ulu babası Lev Tolstoy haqqında “Rus ordusunun əsgəri olub. Krımda ingilisləri və fransızları öldürüb. Ölkənin taleyi təhlükə altında olanda ağlınıza gələn tək şey ölkənizə dəstək olmaqdır. Mən bunun Lev Tolstoy irsinə zidd olduğunu düşünmürəm” deyib.
Tahir TAĞIYEV