Almaniyanın Köln şəhərində bir qrup erməni tərəfindən ucaldılan qondarma “soyqırım” abidəsi sökülüb.
Kölndəki Hohenzollern körpüsünün girişindəki ictimai sahədə hər il ucaldılmasına cəhd edilən saxta abidə Köln Böyükşəhər Bələdiyyəsinin müraciəti əsasında 2019-cu ildə Köln İnzibati Məhkəməsinin qərarı ilə qadağan edilib.
Ancaq məhkəmə qərarına baxmayaraq ucaldılan qeyri-qanuni abidə Kölndəki türk dərnəkləri və şəhərdə yaşayan yüz mindən çox türkün sərt reaksiyası ilə qarşılanıb.
57 dərnəkdən ibarət Köln Türklərinin Həmrəylik və Təşəbbüs Platforması məhkəmə qanunsuz abidənin yığışdırılması üçün Köln Böyükşəhər Bələdiyyəsinə çağırış etmişdi.
Tahir TAĞIYEV