Fevralın 24-də Rusiyanın Ukrayna ərazisinə başlatdığı hücumlar davam edir. Həftələrlə davam edən müharibədə simvolik əhəmiyyət kəsb edən adada qarşıdurmalar davam edir.
Ötən günlərdə Ukraynanın Su-27 Flankers döyüş təyyarələrinin həyata keçirdiyi hücumda İlan Adadakı birdən çox Rusiya hədəfinin vurulduğu açıqlanıb. Hücumun yayımlanan görüntüləri ilk hücumlardan sonra ən azı iki böyük partlayışı göstərir.
Rusiya Ukraynanın hücumlarına dərhal cavab verib. Rusiya Qara dənizdəki İlan adasında Ukrayna Hərbi Hava Qüvvələrinə aid 2 Su-24 model bombardmançı və bir Mi-24 helikopterini vurub.
Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov İlan adasında 2 Su-24 bombardmançı təyyarəsi də daxil olmaqla Odessa vilayətində Ukraynaya məxsus 4 döyüş təyyarəsini vurduqlarını bildirib.
Bundan başqa, Konaşenkov bildirib ki, “İsgəndər” raket sistemi ilə Xarkovdakı Krasnoqrad və Karlovka qatar stansiyaları ətrafında ABŞ və Qərb ölkələrindən gələn silahlar və hərbi maşınlar məhv edilib.